UEFA Ronaldunun qırmızı vərəqəsi ilə bağlı qərar verdi - VİDEO

UEFA Ronaldunun qırmızı vərəqəsi ilə bağlı qərar verdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup oyunu çərçivəsində “Valensiya”ya qarşı keçirdiyi qarşılaşma zamanı aldığı qırmızı vərəqəyə görə bir oyunluq diskvalifikasiya edilib. 

Bununla bağlı UEFA məlumat yayıb.

 Qarşılaşmanın baş hakimi oyunun 29-cu dəqiqəsində köməkçisi ilə məsləhətləşdikdən sonra portuqaliyalıya birbaşa qırmızı vərəqə göstərib. Ronaldu ispan klubunun müdafiəçisi Ceyson Murilo ilə toqquşmadan sonra cəzalandırılıb. Həmin qarşılaşmada “Yuventus” 2:0 hesabı ilə qələbə qazanıb.

Bununla da Ronaldu yalnız “Young Boys” ilə oyunu buraxmalı olacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar