Ukraynada qazın qiyməti artırılacaq

Ukraynada qazın qiyməti artırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna hökuməti əhaliyə satılan təbii qazın qiymətinin tədricən artırılması ilə bağlı Beynəlxalq Valyuta Fondu (IMF) ilə razılıq əldə edib.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Neftoqaz Ukrayna” şirkətinin İdarə Heyətinin sədri Andrey Kobolev bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə obyektidir.

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın sosial siyasət naziri Andrey Reva bəyan edib ki, hökumət IMF qarşısında üzərinə götürdüyü öhdəliklərdən 15-ni yerinə yetirməyib. Onlardan biri də “mavi yanacağ”ın bahalaşdırılmasıdır.

Ukraynanın baş naziri Vladimir Qroysman isə bəyan etmişdi ki, əgər qazın qiyməti artırılmasa, ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər. Onun fikrincə, Ukrayna üçün borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlıq vacibdir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar