Ukraynada “SOCAR”ın neft bazası yanır

Ukraynada “SOCAR”ın neft bazası yanır
Want create site? Find Free WordPress Themes and plugins.

Ukraynanın Odessa vilayətində yerləşən “Svitanok” neft bazasında güclü yanğın baş verib.

APA-Economics” “Oil News” agentliyinə istinadən xəbər verir ki, adıçəkilən bazada SOCAR və digər şirkətlərin neft məhsulları saxlanılır.

Hazırda neft bazasının personalı təxliyə olunur.

Fövqəladə Hallar Komissiyasının yerli bölməsi yanğının baş verdiyini təsdiqləyib. Qurumdan verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

“Dumskaya” portalı isə yazır ki, neft bazasının ərazisində yanacaq daşıyan avtomobil partlayıb. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.

SOCAR-ın Ukraynadakı törəmə müəssisəsinin mətbuat xidmətinin açıqlamasında isə deyilir ki, yanğın OKKO şirkətinə məxsus olan yanacaq daşıyan avtomobilin partlaması nəticəsində meydana gəlib: “Neft bazasının rezervuarları və çənləri xəsarət almayıb. Yaralılara ilkin tibbi yardım göstərilib”.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar