Ülvi Babasoy ilk kitabını təqdim etdi – “Ədəbiyyatla cənnəti tapmaq” - FOTOLAR

Ülvi Babasoy ilk kitabını təqdim etdi – “Ədəbiyyatla cənnəti tapmaq” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Yazar Ülvi Babasoy ilk kitabını təqdim edib. “Ədəbiyyatla cənnəti tapmaq” esselər toplusudur.
A24.Az xəbər verir ki, imza gününə yazarın iş yoldaşları, çalışdığı Qafqaz Universitetinin müəllim, tələbə heyəti və yazarlar, oxucular toplanıb.
Yazarın haqqında söz deyən Cavanşir Yusifli bildirib ki, kitabın adını daşıyan esse üzərindən yola çıxsaq, ədəbiyyat bu yolda ən ciddi axtarış istiqamətidir. Əslində cəənnəti tapmaq elə axtarmaq deməkdir. Ədəbiyyat isə bu yola işıq tutmasa da yanlış işıqları, parıltını söndürməklə kömək edir.
Yazarın həmkarı yazar Fərid Hüseyn isə “Ədəbiyyatla cənnəti tapmaq” kitabını həm də fərqli ədəbi tənqid materialı kimi təqdim etdi. Hansı ki, bu kitabdakı esselər ənənəvi tənqid materiallarından fərqli olaraq əhs etdiyi əsəri oxumayanlar üçün də diridir.
Daha sonra oxucular yazara kitab imzaladıb.
Qeyd edək ki, “Ədəbiyyatla cənnəti tapmaq” kitabında Ülvi Babasoyun müxtəlif vaxtlarda qələmə aldığı 21 essesi toplanıb.

img_5947

img_5941

img_5938

img_5939

img_5937

img_5932

img_5921

img_5925

img_5948
Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar