Universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir...

Universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir…
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

A24.Az xəbər verir ki, Media Təqib Mərkəzi universitetlərlə bağlı sentyabr ayı üzrə məlumatları açıqlayıb.

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10086 xəbər yerləşdirilib. Bunlardan 105 xəbər mənfi, 133 xəbər müsbət, 9848 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (29 xəbər – rektor haqqında olan iddialar), Qafqaz Universiteti (24 xəbər – yeni rektorun rüşvət və biznes dünyası), Dövlət İqtisad Universiteti (16 xəbər – universitetdə qəbul maxinasiyaları). Müsbət xəbərlər isə Bakı Dövlət Universiteti (49 xəbər – universitetin “QS World University Rankings” siyahısında yer alması), Qafqaz Universiteti (43 xəbər – dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşməsi) və Xəzər Universitetinə (41 xəbər – dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşməsi) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

  1. Bakı Dövlət Universiteti                    1321 xəbər
  2. Qafqaz Universiteti                           837 xəbər
  3. Texniki Universitet                            769 xəbər
  4. İqtisad Universiteti                            748 xəbər
  5. Bakı Ali Neft Məktəbi                       722 xəbər
  6. Bakı Slavyan Universiteti                  619 xəbər
  7. Neft və Sənaye Universiteti              535 xəbər
  8. Tibb Universiteti                                512 xəbər
  9. Pedaqoji Universitet                         342 xəbər
  10. Memarlıq və İnşaat Universiteti        319 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1313 xəbər dərc edilib. Bu xəbərlərdən 1306-sı neytral, 6-sı müsbət, 1-i isə mənfi xəbərlərdir. Mənfi xəbər Bakı Slavyan Universitetinə (1 xəbər – rektor haqqında sərt fikirlər) məxsusdur. Müsbət xəbərlər isə Bakı Dövlət Universiteti (4 xəbər – universitetin “QS World University Rankings” siyahısında yer alması), Qafqaz Universiteti (1 xəbər – dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşməsi) və Xəzər Universitetinə (1 xəbər – dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşməsi) aiddir.

 

Xəbər sayına görə sıralama:

 

  1. Bakı Dövlət Universiteti                   188 xəbər
  2. İqtisad Universiteti                            119 xəbər
  3. Qafqaz Universiteti                            90 xəbər
  4. Bakı Ali Neft Məktəbi                       84 xəbər
  5. Texniki Universitet                            83 xəbər
  6. Pedaqoji Universitet                          72 xəbər
  7. Tibb Universiteti                                70 xəbər
  8. Bakı Slavyan Universiteti                  63 xəbər
  9. Dövlət Neft və Sənaye Universiteti 50 xəbər
  10. Mədəniyyət və İncəsənət Universiteti 45 xəbər

 

 

Sentyabr ayında televiziya kanallarında universitetlər haqqında 225 xəbər göstərilib.

 

Xəbər sayına görə sıralama:

 

  1. Bakı Dövlət Universiteti                   34 xəbər
  2. ADA Universiteti                              20 xəbər
  3. İqtisad Universiteti                            20 xəbər
  4. Dövlət İdarəçilik Akademiyası         17 xəbər
  5. Turizm və Menecment Universiteti   15 xəbər
  6. Texniki Universitet                            13 xəbər
  7. Bakı Ali Neft Məktəbi                       12 xəbər
  8. Tibb Universiteti                                11 xəbər
  9. Dillər Universiteti                              10 xəbər
  10. Pedaqoji Universitet                          10 xəbər

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar