"Universitetlərin özünüidarə statusunun ləğvi geriyə atılan addımdır"

“Universitetlərin özünüidarə statusunun ləğvi geriyə atılan addımdır”
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar hər iki universitetin özünüidarə statusunu ləğv edildi.

Maraqlıdır, özünüidarə statusunun ləğv edilməsinin nə kimi mənfi və müsbət təsirləri olacaq?

A24.az-ın mövzu ilə bağlı sualına təhsil eksperti Məlahət Mürşüdlü aydınlıq gətirib.

Məlahət Mürşüdlü bildirib ki, universitetlərin özünüidarə statusunu ləğv edilməsi baloniya prosesinin şərtlərinə zidd olan addımdır:

“Azərbaycan Respublikası Təhsil Nazirliyi 2005-ci ildə baloniya prosesini imzalamaqla ali məktəblərdə, universitetlərdə Avropa standartlarına cavab verən islahatların aparılmasının başlanğıcını qoydu. Baloniya prosesində universitetlərə özünüidarəetmə sərbəstliyinin, hüququnun verilməsi və bu proses daxilində universitetlərdə bir çox sahədə – qiymətləndirmədə, kadr hazılığında, müəllim seçimində və s. digər yeni forma və metodlar tətbiq edilir. Bu tələblərə uyğun olaraq Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusu verildi.
Təəssüflər olsun ki, indi adlarını çəkdiyimiz universitetlərin bu hüququ ləğv edildi. Düşünürəm ki, yolun yarısından qayıtmaq qeyri-mümkündür. Bu, ali təhsilimizi Avropa təhsil məkanına uyğunlaşdırmaq baxımından geriyə atılan addımdır, Avropa təhsil məkanına inteqrasiyanın qarşısını alır. Baloniya prosesinin şərtlərinə zidd olan addımdır, baloniya prosesinin bir prinsipinin pozulmasıdır”.

Ekspert belə ləğvetmələrin davamının olacağını düşündüyünü də deyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar