Ünvanına protokol gəldi, cərimənin miqdarı: 0 AZN - VİDEO

Ünvanına protokol gəldi, cərimənin miqdarı: 0 AZN – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sürət həddini aşdığı üçün radara düşüb, lakin protokolda cərimənin miqdarı sıfır manat göstərilir.

A24.Az xəbər verir ki, Xaçmaz sakini Zöhrab Davudov əvvəlcə bunu zarafat zənn etsə də sonradan gerçək olduğu dəqiqləşib. Onun dediyinə görə, ötən il yanvarın 18-də minik avtombili ilə Gəndob-Yalama yolunda sürət həddini aşıb və radara düşüb. Nəqliyyat vasitəsini 60 km/saat sürət həddi qoyulan yolda 77 km/saat sürətlə idarə etdiyinə görə barəsində inzibati protokol tərtib olunub. Lakin protokolda ödəniləcək cərimənin miqdarı sıfır manat göstərilib.

Zöhrab Davudovun sözlərinə görə, yol polisi əməkdaşları tez-tez idarə etdiyi maşını saxlayaraq cərimənin ödənilməsini tələb edirlər.

Lakin cəriməni ödəmək üçün banka yaxınlaşdıqda ödəməni həyata keçirməyin mümkün olmadığı bildirilir.

Sürücü cəriməni ödəmək istəsə də, “sıfır manat” məsələsi onu çətin vəziyyətə salıb. (Xəzər Xəbər)

https://www.youtube.com/watch?v=JCv84-yS9Nk&feature=youtu.be

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar