Uorlik cəbhədəki təxribatdan danışdı: “Yeni toqquşma danışıqlar yolunun vacibliyini göstərir”

ATƏT-in Misk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan sərhəddində baş verən insident və itkilərlə bağlı təəssüfləndiyini bildirib.

“A24.az” bildirir ki, bir sıra erməni xəbər agentlikləri və “NEWS.AM”ın verdiyi məlumata görə, təxribatın dekabrın 29-u səhər saatlarında Azərbaycan tərəfindən baş verdiyi bildirib. Amerikalı həmsədr qeyd edib ki, bu yeni qarşıdurma iki ölkə arasında yaranan münasibətlərin sülh yolu ilə həll edilməsinin zəruriliyini bildirib:

“Biz əvvəl vurğuladığımız kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur”, – deyə Uorlik qeyd edib.

Hətta saytda bildirilib ki, Azərbaycanın Çinari kəndinin cənub-şərq istiqamətində dekabrın 29-u səhər saatlarında baş verən qarşıdurma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Şavarş Melikyan, Edqar Narayan və Erik Abovian öldürülüb.

Azərbaycan tərəfdən isə 7 əsgərin öldürüldüyü, 1 nəfərin itkin düşdüyü bildirilib.

Lakin Azərbaycanın Müdafiə Nazirliyi yayılan bu məlumatı təkzib edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR