Ürəkgetməsi olan qızda "pis ruhlar var" deyib başına oyun açdılar - VİDEO

Ürəkgetməsi olan qızda “pis ruhlar var” deyib başına oyun açdılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Argentinanın Santyaqo –de-Salavina şəhərində yerləşən məktəblərdən birində 11 yeniyetmə şagirddə ürəkgetmə halları aşkarlanıb.

“A24.az” erməni mediasına istinadən xəbər verir ki, qızlar huşunu itirərək yerə yıxılır və ilan kimi sürünməyə başlayır. Hətta onların bəziləri qısa müddət kor da olur. Xəstəxanaya aparılan qızlara kömək etmək mümkün olmayıb, həkimlərsə bunun səbəbini müəyyən edə bilməyib.

Daha sonra səhhətindəki problemlərdən dolayı qızları ekzorçizm ayinini həyata keçirən katolok keşişin yanına gətiriblər. Əldə edilən məlumata görə, keşişin həyata keçirdiyi ayin məktəbli qızların qəlbinə girən pis ruhların çıxarılması üçün icra olunur.

Belə ki, keşiş əlini qızların alnına qoyur və dua oxuyur. Bir müddətdən sonra onların halı pisləşir. Anidən yerə yıxılan qızlar, görüntülərdən də göründüyün kimi yerdə çapalamağa başlayır.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar