Uşaq bağçaları necə olmalıdır? - ARAŞDIRMA - Dünya ölkələri ilə müqayisəli təhlil - FOTOLAR

Uşaq bağçaları necə olmalıdır? – ARAŞDIRMA – Dünya ölkələri ilə müqayisəli təhlil – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Uşaqlar gələcəyimizdir” deyirlər. Azərbaycanda gələcəyimizin qeydinə nə dərəcədə qalırlar?

Uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağçadan, məktəbdən asılıdır. Azərbaycanda uşaq bağçaları ilə bağlı qəribə bir hal yaşanır. Bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibindədir. Həmin qurumun əlçatmaz olması isə hamıya məlumdur. Bir problem yarananda Təhsil Nazirliyi BŞİH-in, BŞİH Təhsil Nazirliyinin üstünə atır.

Günü-gündən bağçaya olan tələbatların artması yeni bağçaların tikilməsi əvəzinə mövcud bağçalarda geniş otaqların ikiyə bölünməsi hesabına yeni qrupların yaradılması ilə nəticələnir.  Məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Normal bağçalarda idman zalı,  musiqi, məşğələ otağı,  həyət olmalıdır.  Bu günləri isə istər özəl, istərsə də dövlət bağçalarının əksəriyyətində otaqlar iç-içə, havasızdır.   Yataq otaqlarında isə uşaqlar burun-buruna yatır. Hətta bir yataqda ayaq-baş iki uşağın yatma hallarına belə rast gəlinir.

A24.Az olaraq təhsil eksperti Kamran Əsədovla bağça standartlarına toxunmaq istədik.  Ekspert dünyanın qabaqcıl ölkələrində mövcud olan bağça standartlarından danışdı.

Dünyada uşaq bağçaları necədir?

ABŞ-da valideynlər öz övladlarını evdə, uşaq bağçalarının yardımı olmadan tərbiyə etməyə çalışır. Bağçalar ancaq işləyən ailələr üçün aktualdır. Ailələr üçün müxtəlif zövqə və maddi duruma uyğun bağça tapmaq çətin məsələ deyil.

Картинки по запросу US kindergarten

Amma hər bağça bir sahə üzrə ixtisaslaşıb:biri uşaqların rəsm qabiliyyətini inkişaf etdirir, digəri intellektual inkişafı üçün səfərbər olur. Elə bağçalar var ki, orada yalnız cizgi filmləri göstərirlər. Uşaq bağçası valideynə 1000 dollara başa gəlir. Nəzərə alaq ki, Amerikada orta aylıq məvacib 3.7 min dollardır. Aylıq bağça pulunun 150-200 dolları bağçadakı bəzi dərnəklərə sərf olunur. Bütün bağçalar üçün vahid bir qayda var: bir pedaqoq uşaqla 2,6 yaşdan 5 yaşa qədər məşğul olur və qrupda 5-dən artıq uşaq olmamalıdır. Kiçik qruplarda isə 2 körpəyə 1 müəllimə ayrılıb.

Картинки по запросу US kindergarten

Amerika bağçalarında isə uşaqların oynaması üçün qum meydançası bir qayda olaraq yoxdur. Səbəb bağça rəhbərliyinin həmin meydançanın və dolayısı ilə bağçanın təmizliyi üçün əlavə ştat ayırmaq istəməməsidir.

Yaponiyada uşaq bağçasına düşmək çətindir. Orada uşaq bağçaları ilə birbaşa meriya məşğul olur. Bağçada keçirilən hansısa bayram üçün valideynlər müxtəlif məbləğ ödəyir: 20 dollardan 400 dollara qədər. Bu, ailənin maddi gəlirindən asılı olan durumdur. Qruplarda 20 uşaq və bir müəllimə olur. 3 yaşdan böyük uşaqlar üçün bağçada idman və rəqs dərnəkləri olur, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənirlər. Yaponiyanın bağçalarında uşaq oyuncaqları olmur, orda uşaqlar yatmırlar. Uşaqları bağçadan günorta saat 2-də götürürlər. Bağça müddətini uzatmaq istəyənlər bunun üçün ayrıca pul ödəyirlər.

Картинки по запросу japan kindergarten

Naharı isə bağça vermir, valideyn evdən gətirir. O ki qaldı, uşaqların şəxsiyyət kimi formalaşdırılmasına, burada da ilginc nüanslar var. Yaponlar uşaqların bağçada fərqləndirilməsinə imkan vermirlər. Hansısa uşaq lider xüsusiyyətlərini nümayiş etdirmək istəyirsə, ona “sən digərlərindən heç də yaxşı deyilsən” deyilir.

Похожее изображение

Yaponiyada iki cür bağça var: 1. xoikuen – bu, bir qayda olaraq dövlət bağçasıdır və 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. 2. Etien – özəl bağçalardır və 3 yaşdan böyükləri nəzərdə tutur.

Əhalisinin sayı çox olan rayonlarda dövlət bağçasına uşaq yazdırmaq Azərbaycanda olduğu kimi, olduqca çətindir. Ona görə də uşaqların yerləşdirilməsi ilə daha çox meriya məşğul olur. Məhz meriyada valideynin bağça üçün ödəyəcəyi aylıq ödəniş müəyyənləşdirilir. Hər valideyn öz aylıq məvacibinə uyğun olaraq ödəmə həyata keçirir. Bağçanın aylıq qiyməyi 2000 yen (20$) də, 40000 yen (400$) və hətta daha çox olar bilər. Orta hesabla yaponlar bağçaya ayda 300 dollar ödəyir.

Картинки по запросу japan kindergarten

Yapon bağçalarında da uşaqlara gün ərzində 3 dəfə yemək verirlər. Uşaqlar gün ərzində şəkil çəkir, plastilindən nələrsə hazırlayır və onlara pedaqoqlar, dayələr nəzarət edir. Qrupda 20 uşaq olur, tərbiyəçi isə cəmi bir nəfər. Və bütün yaponlar bilir ki, senseyin(tərbiyəçi) sözü qanundur.

Almaniyada uşaqları bağçaya 3 yaşından götürürlər. Bağçaların aylıq ödənişi 60 avrodan 400 avroya qədər dəyişir. Almaniya bağçalarında uşaqların yaş qrupu qarışıqdır. Böyüklər kiçiklərlə eyni qrupa salınır. Bununla da uşaqlarda özündən balacanın qayğısına qalmaq kimi keyfiyyətlər, vərdişlər aşılanır.

Картинки по запросу german kindergarten

Balacalar isə bir çox məsələlərdə böyüklərdən nümunə götürürlər. Bundan başqa, məhdud fiziki imkanı olan uşaqlar sağlamlarla eyni bağçaya, eyni qrupa gedir. Burda da məqsəd birincilərin özlərini natamam hiss etmələrinin qarşısını almaq, sağlamlara isə tolerantlıq, insan hisslərinə hörmət etməyi öyrətməkdir. Alman bağçalarında məktəbə hazırlıq anlayışı yoxdur.

Fransadakı uşaq bağçalarında tətillər ildə dörd dəfə olur. Həftənin çərşənbə günləri isə bağçada bazar günüdür, yəni, həmin gün işləmirlər. Həmin gün uşaqlar dərnəklərə baş çəkməlidir. Fransa bağçalarında uşaqlar eyni geyimdə həm yeyir, həm yatır, həm də gəzintiyə çıxırlar. Səhər yeməyində peçenye ilə süd qadağandır – bu, piylənməyə gətirib çıxarır. Bağçaların illik ödənişi 1000 avrodur, yəni, ayda 100 avrodan da az məbləğ…

Картинки по запросу france kindergarten

Gün ərzində gəzintinin müddəti isə cəmi 30 dəqiqədir. Uşaqların evdən özləri ilə oyuncaq gətirməsi qadağandır. Fransa bağçalarında uşaqların şərf taxması qəti qadağandır, bunu az qala soyuq silah qədər təhlükəli hesab edirlər. Fransızlar uşaqlarını 2.5 yaşdan etibarən bağçaya qoyurlar.

Çində vəziyyət başqa cürdür. Burada bağçaların aylıq ödənişi 80 dollardan 320 dollara qədər dəyişir. Uşaqları bağçaya 2.5 yaşdan götürürlər. Qruplarda 30-dan az uşaq olmur.

Картинки по запросу china kindergarten

Ölkədə demoqrafik bum yaşandığı üçün bağçalara uşaq qoymaq çətindir. Pekinli rus jurnalisti Olqa Tnansiyçuk iddia edir ki, Pekindəki bağçalara uşaq qoymaq istəyən valideynlər  rüşvət ödəyirlər. Bağça rejimi müəyyən qədər postsovet ölkələrindəkini xatırladır. Tədris mexanizmi güclüdür. Uşaqlar 3 yaşından etibarən oxumağı, yazmağı, saymağı öyrənirlər. Amma buna qarşılıq daha az hərəkət edir, gün ərzində masa arxasında oyun oynayır, konstruktor düzəldir, məşğələlər keçirlər.

İsveçdə “çirkli uşaq xoşbəxt uşaqdır” devizi populyardır

İsveç bağçalarınən əsas özəlliyi isə odur ki, burada uşaqlar vaxtlarının böyük əksəriyyətini küçədə keçirirlər. İsveçdə “çirkli uşaq xoşbəxt uşaqdır” devizi populyardır. Hər uşağın torpaqda eşələnmək, palçıqdan qala düzəltmək, bir sözlə, çəkinmədən çirklənmək üçün xüsusi geyimi var. İsveçdə elə bağçalar var ki, orada uşaqları qışda küçədə, yataq tulumlarında (ağzı bağlanan, isti, turistlər üçün nəzərdə tutulmuş praktik yorğanlar)yatırlar. Belə bağçalara gedən uşaqlar daha az xəstələnir.

Картинки по запросу swiss kindergarten

İsveçlər erkən yaşlarından uşaqlarını təbiəti qorumağı öyrədirlər. Xaricilərin uşaqları üçün bağçada tərcüməçi-tərbiyəçilər var. Burada uşaqların hansı cinsdən olmasına əhəmiyyət verilmir. İsveçdə çox oxumaq qəbul olunmur.

Картинки по запросу swiss kindergartens

Əksinə uşağı çox gəzdirməyə əhəmiyyət verirlər. İsveçlərin fikrincə, uşağı çox oxutmaqla onun uşaqlığını əlindən almaq mümkündür.

Norveç bağçaları da dünyanın inkişaf etmiş bağçaları siyahısındadır. Amma Osloda bağçalar dolub-daşır. Ona görə də valideynlər yerin boşalması üçün aylarla gözləyirlər.

Norveçin digər şəhərlərində vəziyyət nisbətən yaxşıdır. Norveçlilər uşaqlarını bağçaya 1 yaşından etibarən qoyurlar. Aylıq bağça haqqı hər yerdə təxminən eynidir – 2500 kron(430 dollar). Uşaqlar günorta yatmır, onlara isti yemək verilmir, evdən gətirdikləri buterbrodları yeyirlər.

Картинки по запросу norway kindergartens

Amma Norveç bağçalarını digər ölkələrin bağçalarından fərqləndirən çox mühüm bir nüans var – bu ölkədə uşaqları hər cür havada, gündə bir neçə saat gəzintiyə çıxarırlar. Uşaqların dalaşması qəti qadağandır, belə olan halda dalaşqan uşaq digər bağçaya köçürülür.

Misir bağçalarında uşaqlar üçün yer problemi yoxdur. Bir qrupda 40 uşaq olsa da, yeni bir uşağa heç kim “yox” demir.  Tərbiyəçi isə cəmi bir nəfərdir. Misir bağçalarında səhər uşaqların himn oxuması ilə başlanır.

Картинки по запросу egypt kindergartens

Orada oyuncaqlar yoxdur – uşaqlar onu evlərindən gətirir. Misir bağçalarında yemək də bişirilmir, hərə öz yeməyini evindən gətirir. Bu danışdıqlarımız dövlət bağçası üçündür. Amma özəl bağçalarda uşaqları yedirdirlər, ingilis dili öyrədirlər. Misirin dövlət bağçalarının aylığı 3 dollar olduğu halda, özəl bağçalarda günü 3 dollardır.

Qonşu Türkiyədə isə uşaqları bağçaya 3 yaşından etibarən götürürlər. Orada əsas diqqət uşaqların açıqca, şəkillər hazırlamasına ayrılır. Bağçalarda təhsilə daha az önəm verilir, əsasən əyləncəli məşğələlər keçirilir.

Картинки по запросу türkiye kreş

Valideynlər yeməyi evdən qoyur. Dövlət bağçalarında aylıq ödəniş 60-200 dollar, özəl bağçalarda isə – 350-800 dollardır. Türkiyə bağçalarında uşaqların gündəliyi də olur ki, müəllimə uşağın durumu, davranışı ilə bağlı ora qiymətləndirmə edir.

Azərbaycanda bəs?

Ekspert qeyd edir ki, araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. “Elə təkcə bu statistika düşünməyə, çözüm yolları axtarmağa kifayət edir. Digər işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir”.

Картинки по запросу dövlət bağçaları

Azərbaycanda bağçaya gedən uşaqların sayı 2012-cü ildə 30 faiz idisə, indi bu rəqəm 17 faizə düşüb

K.Əsədov bildirir ki , dövlət bağçalarında resurslar, kadrların səviyyəsi müasir dövrün tələblərinə o qədər də cavab vermir, bağçaların sosial funksiyaları bir qədər də zəifləyib.

Картинки по запросу dövlət bağçaları

“Ölkədə uşaq bağçalarında çalışmaq üçün mütəxəssislər əsasən pedaqoji universitetlərdə və bir sıra texnikumlarda hazırlanır. Ancaq kadrların hazırkı hazırlıq səviyyəsi beynəlxalq standartlara cavab vermir”.

Azərbaycanın təhsil sahəsində problemlərin həll edilməsi üçün müxtəlif islahatlar həyata keçirilir. Bəzi şöbələr ləğv edilir, bəzi qurumlar birləşdirilir. Guman edək ki,  məktəblərdə həyata keçirilən islahatlar bağçalara da siraət ediləcək. Çünki uşaqlar bağçadan sonra məktəb həyatına qədəm qoyurlar.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Gündəm, Araşdırma, Maraqlı, Eksklüziv, Təhsil, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar