Uşaqlarınıza hər gün mütləq bu 5 SUALI verin

Uşaqlarınıza hər gün mütləq bu 5 SUALI verin
Want create site? Find Free WordPress Themes and plugins.

Hər birimiz uşaqlarımız üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq. Lakin gündəlik problemlər, iş-güc içərisində övladlarımızdan soruşa bilmədiyimiz bəzi suallar var. Üstəlik bu suallar uşaqların özlərini ifadə edə bilmələri, xəyallarından istifadə edə bilmələri üçün olduqca çox əhəmiyyətlidir.

“A24.az” ana və ataların övladlarından hər gün soruşması vacib olan sualları təqdim edir:

1 – İndi nə etmək istəyərdin?

Düzdür, övladlarımız üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq, amma nəsə etmək istəyəndə, harasa gedəndə onların da fikrini almaqda fayda var. Bəzən “bizimki buna heyrandır”, “bizimkinin həftə sonu ən çox sevdiyi şey budur!” deyə düşündüyümüz fikirlər bəzən doğru olmaya bilər. Ona görə də həftə sonu harasa getməyə hazırlaşarkən övladınıza da sual versəniz çox yaxşı olar: “Bəs sən nə etmək istəyərdin?”

2 – Kömək etmədən bunu edə bilərsənmi?

Dünyanın inkişaf etmiş təhsil sistemlərinin hamısında uşaqlara qarşı bu münasibət geniş yayılıb: Uşaqlara kömək etmədən nəsə edə biləcəklərini isbat edərək öyrənmələrinə şərait yaratmaq. Ev tapşırıqlarını edərkən, özünə yemək tökərkən, otağını təmizləyərkən və ya ayaqqabılarını bağlamağa çalışarkən hər zaman bu sualı verin: “Köməyə ehtiyacın olmadan həll edə bilərsənmi?”

3 – Bunu etməkdən sıxıldınmı?

Uşaqlarınızdan soruşmağı unutduğunuz suallardan biri də budur. Əlbəttə, həyat sadəcə əylənərək həyata keçirdiyimiz hərəkətlərdən ibarət deyil. Məsuliyyətimiz də var, çox əyləncəli olmasa da yerinə yetirməyə məcbur olduqlarımız da var. Ancaq piano dərsi övladımızı xoşbəxt etməyə bilər, bunu əsla unutmayın. Doğru zamanda o sualı verməkdən çəkinməyin: Bunu etməkdən sıxıldınmı?

4 – Yeni dostların haqqında nə düşünürsən?

Dayəsi, yeni dostları və ya müəllimi… kim olursa olsun övladınızın həyatına daxil olan yeni insanlarla, xarakterlərlə bağlı ondan düşüncələrini soruşmalısınız. Bəli, hər kəsi seçmək haqqı yoxdur və həyat həyat belə bir şey deyil. Amma həmin şəxslə bağlı nə hiss etdiyini soruşmaq, onu daha yaxşı tanımaq, həm də hisslərini ifadə bilməsi üçün olduqca faydalıdır.

5 – Ən böyük arzun nədir?

Ən vaciblərindən biri olan bu sualı uşaqlarımızdan soruşmağı əsla unutmamalıyıq. Həm arzunun nə olmasıyla bağlı düşünməsi üçün, həm də övladınızın həyatını daha tez fərqləndirə bilmək üçün. Onu nə həyəcanlandırır, gələcəklə bağlı hansı plan onu maraqlandırır?

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Sağlamlıq, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar