Utandıran kənd adları: Axtaxana, Ətçələr, Yanıqlı... - VİDEO

Utandıran kənd adları: Axtaxana, Ətçələr, Yanıqlı… – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda hələ də adını çəkəndə adamı utandıran kənd adları var. Düzdü bu adların tarixi araşdırıldıqda haradan gəldiyi məlum olur. Ancaq bu gündə başqa mənalara da yozulur. Bəs bu adlar niyə dəyişdirilmir yaxud dəyişdirilməsi ü.ün nə edilməlidir.

Axtaxana ,Ətçələr,Yanıqlı və başqa adlar.
Azərbaycanda hələ də adını çəkəndə adamı utandıran kənd adları var..
A24.Az xezerxeber.az-a istinadən bildirir ki, bura Tovuzun Yanıqlı kəndidir. Sakinlər kənd adını Nadir şahla bağlıyır. Rəvayətə görə sərkərdə burada döyüşüb və tairixi adı Xəbərzəmin olan şəhəri yandırıb. Bu hadisədən sonra isə ərazi Yanıqlı adlandırılmağa başlayıb.
Rayonun Düz Qıraqlı kəndinin də qədim sülalə ilə bağlı oldugu deyilir. Kənd əhalisi ötən əsrin əvvəllərinə qədər Kür çayı sahilində məskunlaşıb və buna görə yerli camaat kəndi Düz Qıraqlı kimi adlandırıb.
Cəlilabad və Biləsuvar rayonunda sakinləri utandıran kənd adlarına rast gəlinir. İlk baxışdan bu adlar maraqlı mənalar versə də, onların etmologiyasın araşdırdıqda tam fəqli mənalarının olduğu üzə çıxır. Məslən Cəlilabadda Axtaxana, Ətcələr kimi kənd adları bu qəbildəndir. Axtaxana heyvanların axtalandığı yer kimi tərümə olunsa da mütəxəssilər bunun tam başqa mənasının olduğun deyir.
Dilçilər Biləsuvar rayonunun Amənkənd kəndi eləcə də digər bu kimi adarın qədim tük xalqları ilə əlaqəli olduğu deyirlər.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli bildirdi ki, bu cür kənd adlarının dəyişdirilməsi üçün kənd sakinləri ümumi iclas keçirməli və iclasın protokolunda öz istəklərini qeyd etməlidirlər. Sonra isə bu protokoldan çıxarış rayon icra hakimiyyətinə göndərilməlidir. İcra hakimiyyəti bunu məqsədəuyğun bilərsə, Prezident Administrasiyasına müraciət etməlidir. Administrasiyada buna razılıq verildikdən sonra Milli Məclisə göndərilir. Milli Məclisdə qəbul edildikdən sonra isə Prezident tərəfindən imzalanır və qanun kimi qüvvəyə minir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar