Valideynlər uşaqlarına qoyacaqları adları təhrif edə bilməyəcəklər

Valideynlər uşaqlarına qoyacaqları adları təhrif edə bilməyəcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.

“A24.az” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, adların düzgün yazılışının göstərildiyi kitab artıq nəşrə göndərilib.

S.Sadıqova bildirib ki, yeni kitaba 5000-ə qədər adın düzgün, təkmilləşdirilmiş yazılış forması daxil edilib: “Bu gün Azərbaycanda adların yazılışında müxtəlif formalar özünü göstərir. Məsələn, suallar verilir ki, Fuad adının sonuncu hərfini “d”, yaxud “t” ilə yazaq? Yaxud Mamed, yoxsa Məmməd adı yazılsın? Bu adların düzgün yazılış forması Fuad və Məhəmməddir. Belə fərqli formada yazılan adlar çoxdur. Adların siyahısı ilə kitab çap olunduqdan sonra tanış olmaq olar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar