Vaqif Sadıqov: “Qurban Qurbanov milliyə gəlməyə razı olacaq”

Vaqif Sadıqov: “Qurban Qurbanov milliyə gəlməyə razı olacaq”
Want create site? Find Free WordPress Themes and plugins.

“Komtənin iclasında mənim namizədim Qurban Qurbanov olacaq. Yerli mütəxəssislərdən, Qurbanovu düşünürük”

Bu sözləri A24.Az-a açıqlamasında futbol mütəxəssisi, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis əlavə edib ki, bu mövzuda çox düşünməyə ehtiyac yoxdur.

“Bilmirəm, digər üzvlər mənə dəstək verəcəklər ya yox, ancaq hazırda ən layiqli  namizəd Qurban Qurbanovdur. Çox fikirləşməyə ehtiyac yoxdur, biz ona səs verməklə, onu millidə görmək istəyirik”.

-Bəs Qurban Qurbanov buna razı olacaqmı?

  • “Mən hesab edirəm ki, o buna mütləq razı olacaq.  Onu çox yaxşı tanıyıram. O, dəyişməyən bir insandır. Öz mənəviyyatı, əqidəsini qoruyan biridir. Hər bir məşqçi üçün yığmada işləmək, bura üçün əlindən gələni etmək şərəfdir. Hesab edirəm ki, Qurban Qurbanov bunu dərk edir. Və mütləq o buna razılıq verib, yığmada uğurlu fəaliyyətini davam etdirəcək. Razı olmayacaq deyə bir söz ola bilməz. Siz ümumiyyətlə bunu müzakirə etməyin. Hansı vətənini, futbolu sevən mütəxəssis yox deyə bilər? Belə bir şey yoxdur, ola da bilməz”.
  • Bəs Qurbanov “Qarabağ” və millinin işini birgə apara biləcək?
  • “İndi razılıq əldə olunsa, hələlik çempionatın sonunadək klub və millini birgə çalışdırmaq olar. Yaydan sonra gərək, bütün fikirlərini yığma üzərində cəmləsin. Ona görə ki, böyük işlər var”.

Nərmin Kərim, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar