Vaqif Səmədoğlu sabah dəfn olunacaq

Vaqif Səmədoğlu sabah dəfn olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu sabah dəfn olunacaq. Bu barədə “a24.az”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza bildirib.

Onun sözlərinə görə, sabah saat 14.00-da Akademik Milli Dram Teatrında mərhumla vida mərasimi keçiriləcək. Sonra V.Səmədoğlu I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, V.Səmədoğlu uzun sürən xərçəng xəstəliyindən sonra bu gün səhər dünyasın dəyişib.

Allah rəhmət eləsin!

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub.

2000-2005-ci illərdə Azərbaycanın Milli Məclisinin üzvü olub.

Amid

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar