Velosipedçimiz Çində ikincilik qazandı

Velosipedçimiz Çində ikincilik qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü başa çatıb.

“A24.az” xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” kontinental komandasının təmsilçisi də yer alıb.

Yarışın 4-cü və 12-ci mərhələlərində 2-ci olan və son mərhələ öncəsi ümumi təsnifatda 2-ci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb. Bununla da o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda 2-ci olub və aktivinə 150 UCİ xalı yazıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar