Vergilər nazirliyinin 4 rəisi vəzifəsindən azad edilib

Vergilər nazirliyinin 4 rəisi vəzifəsindən azad edilib
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az-ın “APA”-a istinadən verdiyi məlumata görə, yerli vergi orqanlarının rəhbərliyində dəyişikliklər aparılıb.
Vergilər nazirliyindən  verilən məlumata görə, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.

Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat

Müzakirə

A24.Az