“Volkswagenin rəhbəri alacağı təqaüdlə Almaniya tarixində ilkə imza atdı

“Volkswagen”in rəhbəri alacağı təqaüdlə Almaniya tarixində ilkə imza atdı
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyanın avtomobil istehsalçısı olan “Volkswagen”in istefa edən  keçmiş başçısı Martin Vinterkornun təqaüdünün gündəlik miqdarı 3 min 100 avro olacağı iddia edilir.

“A24.az” xəbər verir ki, alman mediasında yer alan xəbərə görə, qalmaqaldan sonra istefa edən 69 yaşlı Vinterkornun “Volkswagen” ilə müqaviləsinin 2016-cı ildə başa çatıb və onun illik təqribən 1,2 milyon avro təqaüd alacağı bildirilib.

Sözügedən xəbərlərdə Vinterkornun alacağı illik təqaüd bir gün üçün 3 min 100 avro dəyərindədir. Bunun Almaniya tarixində ən yüksək təqaüd maaşlarından biri olduğu bildirilib. Bundan başqa müqavilənin sonunda Vinterkorna 1,7 milyon avro bonus ödəniləcəyi də deyilir. Lakin mövzu ilə bağlı “Volkswagen” hələ rəsmi bir açıqlama verməyib.

Qeyd edək ki, 2015-ci ilin iyul ayında ABŞ Ətrafı Qoruma Agentliyi “Volkswagen”in dizel yanacaqlarının ekologiyanı 40 dəfə çirkləndirdiyi bildirilmişdi. Bundan sonra “Volkswagen” təqribən 11 milyon dizel yanacaqlı avtomobillərinə yalnış proqram yazıldığını qəbul etmişdi. Martin Vinterkorn da 2015-ci ildə istefa etmiş, lakin buna baxmayaraq onun müqaviləsi 2016-cı ilin sonuna qədər davam etdiyi öyrənilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar