"Vostok" gəmisinin axtarışı tamamilə dayandırıldı

“Vostok” gəmisinin axtarışı tamamilə dayandırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb.

“A24.az”ın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış-xilasedici əməliyyatın fəal fazası sona çatdıqdan sonra axtarış ərazidən keçən gəmilər tərəfindən aparılıb. Lakin 9 sutka ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Beləliklə, “Vostok” balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb”, deyə nümayəndə bildirib.

Qeyd edək ki, “Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar