“WhatsApp”da gözlənilən yeniliklər işə düşdü

“WhatsApp”da gözlənilən yeniliklər işə düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

“WhatsApp”a yeni funksiyaları əlavə edən yenilənmə gəlib.

A24.Az xəbər verir ki, artıq bu messencer vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. Bundan əlavə, yazılmış mətnin tərzini də dəyişmək olar.

Əvvəllər “WhatsApp” vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. İçində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə göndərmək mümkündür.

Əgər istifadəçi bir dəfəyə bir neçə fayl göndərsə və ya qəbul etsə, həmin fayllar çat daxilində bir qovluğa cəmləşəcəklər. Bu cür özəllik əsasən aktiv qrup çatları üçün əla seçimdir.

Həmçinin zənglər ekranı da dəyişib. Bundan sonra gələn zənglərə cavab vermək üçün barmaq hərəkətini yana deyil, yuxarı etmək lazım olacaq. İlk öncə bu funksiyalar test mərhələsində idi. İndi isə tədricən bütün istifadəçilər üçün aktiv olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar