A24 Xeber

“WhatsApp”da yenilik: Status bölməsində…

“WhatsApp”da yenilik: Status bölməsində…
205
01 Noyabr 2018 - 23:09

Cari ilin sentyabrında “WhatsApp”ın həmtəsisçisi Brayan Akton məlumat vermişdi ki, “Facebook”un baş direktoru Mark Zukerberq bu platformadan pul əldə etmək istəyir.

İndi isə “WhatsApp”ın vitse-prezidenti Kris Deniels yaxın vaxtlarda messencerdə reklam elanlarının göstəriləcəyi xəbərini təsdiq edib.

Yenicag.az xəbər verir ki, reklam elanları “WhatsApp” statusunda göstəriləcək. Bu yaxınlarda dərc edilmiş maliyyə hesabatına əsasən, gün ərzində 450 milyondan çox aktiv istifadəçi statusları izləyir.

Yaxın vaxtlarda messencerin “iOS” versiyası, daha sonra isə “Android” versiyadan istifadə edənlərə reklam göstəriləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00