“Wikileaks” Ərdoğanın yeznəsinin Ermənistana dair gizli yazışmalarını yayımladı

“Wikileaks” Ərdoğanın yeznəsinin Ermənistana dair gizli yazışmalarını yayımladı
Want create site? Find Free WordPress Themes and plugins.

“Wikileaks” Ərdoğanın yeznəsinin Ermənistana dair gizli yazışmalarını yayımlayıb.

“A24.az”ın əldə etdiyi məlumata görə, məxfi sənədləri yaymaqla tanınan “Wikileaks” Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın yeznəsi və eyni zamanda 2015-ci ildən bəri Enerji və Təbii Qaynaqlar naziri olan Berat Albayraka aid elektron ünvanından 57.000 mail yayımlayıb. Ən köhnəsi 2000-ci ilə aid olan e-mail yazışmalardan 149-unda Ermənistana dair mövzular ələ keçirilib.

fft99_mf6317472

Məsələn, aprel ayındakı Qarabağ döyüşlərindən bir neçə gün sonra iqtidardakı AKP üzvlərinə göndərilən e-mail-də AKP üzvü və Avropa Birliyi naziri Ömer Çelikin Ermənistan ilə münasibətləri, Dağlıq Qarabağ məsələsinə dair görüşləri təfsilatları ilə aşkarlanıb, Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətinə toxunulub.

2014-cü ilin may ayında yazılan başqa bir e-mail yazısında isə İstanbul Bilgi Universiteti Qlobal Problemlər Platformasının mütəxəssisləri İran qazının Avropa bazarlarına çıxarılması ehtimallarına dair Ərdoğanın yeznəsinə hərtərəfli məlumat verilib, xüsusilə Ermənistan-Gürcüstan-Qaradəniz xəttinə diqqət çəkilib.

Nyu Yorkda yaşayan bir türk fəalın 2013-cü ilin noyabr ayında Berat Albayrak ilə Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana göndərdiyi bir e-mail-də isə Türkiyədə fəal kürd siyasi güclərdən biri olan “Barış və Demokrasi” partiyası ilə Vaşinqtondakı erməni qurumlarının təmsilçilərinin görüşmələrinə dair təfsilatlı məlumat verilir. “Taşnaklar ilə Barış və Demokrasi Partisi/PKK təmsilçilərinin Vaşinqton”da keçirilən görüşləri haqqında” başlığını daşıyan bu yazılara Selahettin Demirtaş ilə Vaşinqton erməni şurası liderlərinin də olduğu 4 foto-şəkil əlavə edilmişdi.

Türkiyə mediası “Wikileaks” tərəfindən yayımlanan bu məlumatlara adətən heç bir reaksiya vermədiyi halda, dünya mediasında Ərdoğanın yeznəsinə aid olan bu yazışmalar böyük marağa səbəb olub.

Misal üçün, “Foreign Policy”, “Əgər yayımlanan bu e-mail-lərin həqiqiliyi sübut olunarsa, bütün bu hekayələr Berat Albayrakın başına ciddi bəla olacaq” şərhini verib.

Xatırladaq ki, daha əvvəl də “Wikileaks” “erməni soyqırımı” mövzusu ilə bağlı Hillari Klintonun elektron yazışmalarını yayımlamışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya, Media
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs