Xaçmazda evdən oğurluq edən gənc qız və oğlan saxlanıldı

Xaçmazda evdən oğurluq edən gənc qız və oğlan saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Xaçmaz rayonunda yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

A24.Az xəbər verir ki, Bakı şəhər sakini Cəmilə Musayeva və Xaçmaz şəhər sakini Etibar Cavadovun rayon ərazisində yaşayış evlərində oğurluq etməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub.

Xaçmaz RPŞ-nin, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış bölməsinin, Nəsimi Polis İdarəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Onlar Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsində Əsli Mərdanovaya məxsus evdən giriş qapısını açaraq qanunsuz evə daxil olmaqla iki ədəd xalça, bir ədəd ətçəkən maşın, bir ədəd çaydan və 15 ədəd stəkanı oğurlayıb. İstintaq zamanı hər iki şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət məcəlləsinin 177.2.1, 172.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar