A24 Xeber

Xaçmazda kütləvi koronavirusa yoluxma ilə bağlı – RƏSMİ AÇIQLAMA

Xaçmazda kütləvi koronavirusa yoluxma ilə bağlı – RƏSMİ AÇIQLAMA
1. 367 oxunma
29 May 2020 - 13:08

Xaçmaz rayonunda koronavirus infeksiyasına kütləvi yoluxma ilə bağlı müxtəlif xəbərlər yayılıb.

A24.Az-ın məlumatına görə, rayonun Köhnə Xaçmaz kənd ərazisində və Xaçmaz şəhərində 80-100 nəfərin koronavirusa yoluxduğu bildirilir. Sosial şəbəkələrdə yayılan müxtəlif xəbərlər sakinləri ciddi narahat edir.

Qazet.Az-ın suallarını cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bu barədə dəqiq məlumatın olmadığını bildirib.

“Hazırda Xaçmazda kütləvi yoluxma ilə bağlı dəqiq məlumatım yoxdur. Brifinqdə təhlükəli zonalar haqqında ətraflı məlumat veriləcək”, – deyə Rəvanə Əliyeva bildirib.

Qeyd edək ki, yayılan xəbərlərdə xeyli sakinin karantinə alındığı bildirilir.

ÇOX BAXILAN FOTOLAR