Xalq artisti Muxtar Maniyev vəfat etdi

A24.Az xəbər verir ki, Xalq artisti Muxtar Maniyev vəfat edib.

Bu barədə M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O, bildirib ki, dünən günorta saatlarında onun vəziyyəti ağırlaşıb və mədə qanaxması ilə xəstənaya çatdırılıb. Xalq artisti bu gün səhər saatlarında evdə dünyasını dəyişib.

Muxtar Maniyev şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR