Xalq artisti Ramiz Novruza açıq-saçıq səhnədə oynamaq üçün təklif gəldi, etiraz etdi: “Qonarar məni qane etmir”

Xalq artisti Ramiz Novruza açıq-saçıq səhnədə oynamaq üçün təklif gəldi, etiraz etdi: “Qonarar məni qane etmir”
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti Ramiz Novruz bəzi səhnələrə verilən qonarara görə etiraz edib.

Bu sözləri a24.az-a açıqlamasında  bəzi səhnələrə verilən qonarara görə,etiraz edərkən deyib:

“Elə səhnələr var ki, onları camaatın qınağına görə oynamaq olmur. Həmçinin belə səhnələrə verilən qonarar da olduqca azdır. Buna görə də belə səhnələrə çəkilmək istəyən olmur. Yadıma gəlir,rejissorlardan biri mənə açıq səhnəyə çəkilmək üçün təklif etmişdi. Öncə qəbul etmədim. Daha sonra verilən qonararı soruşdum.  Verilən miqdarın az olduğunu, qonarar məni qəbul etmədiyini dedim və çəkimdən imtina etdim. Yəni bunu ona görə, soruşdum ki, görüm neçə minə biabır oluram? Belə səhnələrin xalq tərəfindən pis qəbul olunmasını başa düşmürəm. Bəzi hallar olur ki, həmin səhnələr canlandırılmalıdır”.

O, həmçinin bir müddət öncə oğlu Cavidan Novruzun canlandırdığı obraza görə,  tamaşaçı ilə arasında olan anlaşılmazlığa da öz münasibətini də bildirib:

“Dünyanın hər yerində aktyorların canlandırdığı obrazla həyatı bir-birinə qarışdırılır. Buna görə aktyorun işində müəyyən problemlər yaşanır. Eyni hal mənim oğlumda da baş verdi. Ancaq bunu demək olar ki, bu hal onun obrazını yaxşı canlandırdığından, uğurundan xəbər verir. Xatırlayırsınızsa, həmin hadisə mərhum aktyor Məlik Dadaşovda da baş vermişdi. Onu canlandırdığı obraza görə, erməni adlandırırdılar”.

Elvin Paşazadə

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar