Xalq artistlərdən “Selfinaz”a münasibət: “Mən nə vaxt belə yüngül şeylərə münasibət bildirmişəm?”

Xalq artistlərdən “Selfinaz”a münasibət: “Mən nə vaxt belə yüngül şeylərə münasibət bildirmişəm?”
Want create site? Find Free WordPress Themes and plugins.

Aktyor Fərda Aminin “Selfinaz” adlı “stand-up” şousu bir neçə ay öncə nümayiş olunsa da, son günlər daha çox gündəmə gəldi. Şou internetdə nümayiş olunandan sonra daha geniş kütlə tərəfindən izləndiyindən aktyorun işini təqdir və tənqid edənlərin səsi eşidilməyə başladı.

A24.Az Azərbaycanın xalq artistlərinin “Selfinaz” şouya olan münasibətini öyrənib:

Firəngiz Mütəllimova: Mən “Selfinaz”ı izləmişəm. Çox bəyənmişəm. Demək istəyirəm ki, Fərda Azərbaycanda təkdir. İşini bacarır. Mən hətta onu “İnstagram”da da izləyirəm. Fərdaya uğurlar arzulayıram.firengiz_mutellimova_045
Arif Quliyev: “Hələki baxmamışam. Ancaq mənim Fərdaya böyük hörmətim və rəğbətim var. Onun istedadına inanıram. Özünə də demişəm. Fərda, Elməddin – bu gənclər çox bacarıqlıdırlar”.arif
Afaq Bəşirqızı: “Mən niyə ona baxmalıyam. Qəribə adamlarsız. Biz xalq artistləri bəyəm Nizami kinoteatrında yatırıq? Siz mənə sual verin klassikadan, ağır mövzulardan. Mən nə vaxtdan belə yüngül şeylərə münasibət bildirmişəm? Ümumiyyətlə, xalq artistlərini belə şeylərə görə niyə narahat edirsiniz?”afaqqq
Ramiz Novruz: “Selfinaz” şouya baxmamışam. Amma Fərdanın çəkildiyi bir neçə komediyaya baxmışam. Fərda maraqlı keyfiyyətləri olan gəncdir. Sadəcə filmlərdə aktyor kimi düzgün istifadə olunsa, ortaya maraqlı iş çıxarmaq olar”. ramiz
Ağaxan Salmanlı: Mən hələki baxmamışam. İnternetdə varsa mütləq baxacam. Amma Fərda ilə bir filmə işləmişik. Çox məsuliyyətli, bacarıqlı, işinin öhdəsindən gələn aktyordur. “Selfinaz” haqqında isə baxmadığımdan bir söz deyə bilmərəm.agaxan
Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Eksklüziv, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar