"Xalq artistləri bu teatra “fahişəxana” deyir"

“Xalq artistləri bu teatra “fahişəxana” deyir”
Want create site? Find Free WordPress Themes and plugins.

kamal-aken“ADO”da kim nəyi görmək istəyir, onu da görür.

Hazırda Azərbaycan mədəniyyət və incəsənət sahəsində çox ciddi dönəmlərdən keçir. İllər öncə Avropa renessans dövründə keçdiyi problemləri biz indi keçməyə çalışırıq, əgər vaxtilə Azərbaycan həmin problemlərlə qarşı-qarşıya qalıb onları dəf etməyə çalışsaydı, biz indi menatlitet, adət-ənənə kimi dəyərlərlə mübarizə aparmazdıq.
Hər bir dövlətin müəyyən keçid dövrləri olur, bəzi missiyaları, aşamaları keçdikcə püxtələşir və yetkinlik halına çatır. Bizim incəsənətimiz isə hələ də “ərgənlik” dövründə ilişib qalıb, biz vaxtilə renessans dövründə yatmasaydıq, indi heç kim tamaşalardakı adi öpüşmək səhnələrini belə şişirdib qabartmazdı.
“ADO”ya (Azərbaycan Dağınıq Oda Teatrı) qarşı yüzlərlə qərəzli münasibət bəsləyən insan var, səbəb isə göz qabağındadır. Ölkənin qabaqcıl dövlət teatrı sayılan Akademik Milli Dram Teatrı yalnız qalmaqalları ilə ilə gündəmə gəlirsə ADO kimi 40 kv. metrlik səhnəsi olan bir teatr hər tamaşasında ölkə mediasının, xalq artistlərinin dilindən düşmür. Tamaşaçıya yenilik lazımdı, artıq tamaşaçılara yüz il öncəki savadsızlığı tənqid edən pafoslu tamaşalar maraqlı deyil, tamaşaçı günümüzdəki reallığı görmək istəyir, çünki onlarda bu reallıqları özlərinə etiraf edə biləcək qədər cəsarət yoxdur, onlar bunu yalnız başqalarının dilindən eşitmək, görmək istəyirlər. Aktyor olmaq səhnədə atılıb-düşməkdən ibarət deyil, aktyor olmaq tamaşaçının görmək istədiyini ona çatdırmaqdır.
Tamaşa zalındakı biri-birindən fərqli düşüncələrə sahib olan tamaşaçılar onlara lazım olan məqamları özlərinə götürür və həmin məqamlar üzərində analiz aparırlar. ADO dövlət teatrları kimi cəsarətsiz olmadığı üçün bütün səhnələri çılpaqlığı ilə göstərməyə qadirdir. Xeyr, çılpaq deyəndə paltarsız insanları nəzərdə tutmuram, çılpaq deyən kimi gözünüzün qarşısına soyunmuş insanlar gəlirsə bu bizim problemimiz deyil, amma çılpaqlıq həqiqəti olduğu kimi çatdırmağa deyilir. Əgər siz o tamaşalarda yalnız seks görmüsünüzsə bu aktyor və rejissorun problemi deyil, porno və incəsənəti bir-birinə qatmayaq, tamaşaçı səhnədə möhtac olduğu şeyi tapır, bu sevgi də ola bilər, mərhəmət də, azadlıq da. Yox siz seks görürsünzsə bunun da yalnız bir izahı var. Hər kəs səhnədə beynində olanları, görmək istədiklərini görür.
“ADO”da açıq-saçıq seks səhnələri göstərilir” deyən insanlar əminəm ki, STOP tamaşasındakı azadlıq hayqırışlarını görməyiblər, bu tamaşalara seks gözü ilə baxanlar gəlib tamaşaçı sırasında oturub həmin səhnələrdə orgazm olan insanlardır. Xalq artisti səhnəyə pamperslə çıxan Adəm və Həvva roluna görə bizim teatrın ünvanına işlətmədiyyi təhqir qalmamışdı. Biz dünyaya ilk gəlmiş insanlarıqsa, sənəyə çarşabla çıxmalı idik?
Bizi yüzlərlə insan tənqid edir, amma ondan qat-qat daha çoxları sevir, bizə qarşı olan düşüncələr bizim üçün önəmli deyil, bizi tənqid edən, hətta təhqir belə edə bilərsiniz, amma heç vaxt ortaya qoyduğumuz işləri görməzlikdən gələ bilməzsiniz.
Xalq artistləri bu teatra “fahişəxana” deyir, başa düşmürəm axı siz xalq artistisiniz, siz ki, adi tamaşaçı deyilsiniz, incəsənət adamlarının bu düşüncələrə sahib olması çox üzücü haldı. Hətta incəsənət adamlarından bizi təhdid edən, görüşmək istəyənlər də olur, sizi əmin edirik ki, belə hallar davam etdikcə həmin insanları hüquq mühafizə orqanlarına şikayət edə bilərik, gəlin ortaya qoyduğumuz işlərlə özümüzü isbat edək, incəsənət yumurta döyüşü deyil. Saygılarla.

Kamal Aken

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar