Xanım müğənni Zaur Kamalı öz verilişində "təkərə" saldı: "Pah! Elnarə ölüb, Zaur onu..." - VİDEO

Xanım müğənni Zaur Kamalı öz verilişində “təkərə” saldı: “Pah! Elnarə ölüb, Zaur onu…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 12-də efirə gedən “5-də 5” verilişində əməkdar Artist Elnarə Abdullayeva aparıcı Zaur Kamalı pərt edib.

“A24.az” xəbər verir ki, “Xəzər” TV-də yayımlanan verilişə qonaq çağırılan müğənni Zaurun söylədiklərini cavabsız qoymayıb. Belə ki, efirə dəvət olunan şairə Fatimə Vəfa Zaura çox həyəcanlı olduğunu bildirib:

“Bu qədər verilişlərə çıxıram, bir qram həyəcanım olmur. Biləndə ki, sizin verilişə gəlirəm, inanın ki, gecədən məni həyəcan bürüyür, səhərə qədər yata da bilmirəm. Yəqin sizin zəhminiz məni basır”.

Kənardan mövzuya müdaxilə edən Elnarə Abdullayeva “Bax, bu danışıqlarınla aman verirsən ki?!” deyib. “Deyirəm, o da təzə-təzə çıxardı, onda gör, mən neyniyərdim?!” deyə Zaur Kamal Elnarə Abdullayevaya qarşılıq verib.

“Hay, hay, hay… Ay kişi, hələ Azərbaycan televiziyasının vaxtından, ümumiyyətlə, mən həmişə canlı efirə çıxmışam. İndi siz bizə baxanda uşaqsınız. Canlı efirlərdə, sağlığını görüm, sökürdük. Pah! Elnarə ölüb, Zaur onu təkərə sala, hay, hay…”, deyən əməkdar artistin sözlərinin qarşılığın Zaur Kamal bir söz deyə bilməyib.

“A24.az” verilişdən olan görüntüləri təqdim edir:

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes, Media, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar