Xaricdən gələn həkimlərə qadağalar qoyula bilər

Xaricdən gələn həkimlərə qadağalar qoyula bilər
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycana xaricdən gələn həkimlərlə bağlı müvafiq qadağalar qoyula bilər.

“A24.az”məlumat verir ki, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsi qanunvericiliyə təkliflər hazırlayacaq.

Komitənin bu gün keçirilən iclasında komitə sədrinin müavini Musa Quliyev bildirib ki, bununla bağlı yeni təkliflərin bu sessiya dövründə parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulur. O qeyd edib ki, qadağalar xaricdən gələn həkimlərin Azərbaycanda başqa tibbi fəaliyyət növü üzrə işləmələri ilə bağlı olacaq: “Məsələn, İranda stomatoloq olan Azərbaycana gəlib ginekoloq kimi fəaliyyət göstərir. Bu isə ciddi fəsadlara gətirib çıxarır. Bizim artıq özümüzdə xeyli ixtisaslaşmış həkimlərimiz var və xaricdən gələnlərə ehtiyac görmürük”.

Təklif komitə üzvləri tərəfindən də dəstəklənib.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar