Xaricdən təhlükə olmasın deyə, seçkilər qabağa salınır - Politoloqdan AÇIQLAMA

Xaricdən təhlükə olmasın deyə, seçkilər qabağa salınır – Politoloqdan AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin keçirilməsini şərh edib. 

“A24.az”a açıqlamasında politoloq verilən sərəncamı iki başlıca amillə əlaqələndirib:

“Burda iki amil var: birincisi, ölkədəki daxili sabitliyin qorunması ilə bağlıdır. Çünki seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürülə bilinəcəkdi, bloklar yaranacaqdı və ən azından 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Görünür, hakimiyyət bu cür gərginlikdə maraqlı deyil.

İkincisi isə xarici təhlükə ilə bağlıdır. 2013-cü ildə prezident seçkilərində Rusiyadakı mərkəzdən müdaxilə planı hazırlanmış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdilər. Doğrudur, sonra seçkiyə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəlib təzyiqlərin üstündən xətt çəkdi, amma yenə də belə bir təzyiq müşahidə olundu. Ona görə də bu təzyiqlər və xaricdən təhlükə olmasın deyə, seçkilər qabağa salınır. Çünki Rusiyanın özündə mart ayında prezident seçkiləridir. Yəni Rusiyada prezident seçkiləri mart ayında, Azərbaycanda oktyabr ayında olsaydı, Rusiyadakı mərkəzlər yenə də özlərinə gəlib müəyyən müdaxilə ssenariləri hazırlaya bilərdi. Amma bu halda aprel ayında olacaq seçki müdaxilə imkanlarını minimuma endirir.

Azərbaycanın daxili siyasətinə qarşı çıxa biləcək əsas ölkə Rusiyadır. Amerikanın belə deyək də, burda elə bir nüfuz və imkanları olmayıb. Maliyyə imkanları da minimuma endirilib, bütün təşkilatları qapanıb. Əsas təsir dedikdə, yəqin ki, Rusiyadan ola biləcək təsirləri nəzərdə tuta bilərik. Çünki Ruysiyanın burda hələ də təsir imkanları qalır”.

-Seçkilərdə İlham Əliyevdən başqa kim namizəd olacaq?

-Əgər YAP-ın sədr müavini Əli Əhmədov elan edibsə ki, artıq namizəd İlham Əliyev olacaq, məncə namizəd dəyişməyəcək.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar