Xarici İşlər Nazirliyinin 350 diplomatı işdən çıxarıldı

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sensasion açıqlama verib. A24.Az xəbər verir ki, nazir FETO araşdırması çərçivəsində 350 diplomatın vəzifə səlahiyyətlərinə xitam verildiyini bildirib.

Nazir açıqlamasında belə deyib:

“16 iyul-7 noyabr 2016 tarixləri arasında vəzifədən uzaqlaşdırılmaqla barələrindəki araşdırmalar davam edən XİN diplomatları var. Qeyd edilən tarixlər arasında XİN-in 408 əməkdaşı dövlət işindən uzaqlaşdırılıb. Bu çərçivədə 350 diplomat ilə birlikdə 58 digər kateqoriyalı məmur da dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırılıb. Bu müddət ərzində işdən çıxarılanların heç biri vəzifələrinə geri qaytarılmayıb”.

1467058288_1467037784_movlud_cavusoglu_045

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR