Xatunla Könül canlı efirdə barışdılar - VİDEO  

Xatunla Könül canlı efirdə barışdılar – VİDEO  
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Xatun Əliyeva ondan küsən həmkarı Könül Kərimova ilə barışıb. 

Müğənni, K.Kərimovanın da qonaq olduğu “10-dan sonra” verilişinə gələrək, ona gül bağışlayıb.

Həmkarından üzr istəyən X.Əliyeva göz yaşlarını saxlaya bilməyib:

“Hamı istəyirdi ki, biz barışaq. Hamı da günahı məndə görürdü. Bu söz-söhbətlərə son qoymaq istədim. Gördüm verilişdədir, dedim, gəlsəm, məni qapıdan qovmazsınız. Könül xanıma görə çox insan məndən küsd, 2 cəbhə yaranmışdı. Amma mənə görə ondan küsən olmayıb. Mən onu parodiya edəndən sonra qəlbinə dəydim. Kiçik olaraq ondan üzr istəyirəm. Böyüklük də onda qalsın. Bütün aparıcılara deyirəm ki, bir də Könül xanımın parodiyasını etməyəcəm. İstəmirəm onunla münasibətimiz pozulsun. Bu barışığa görə mənə dəstək olan anama da təşəkkür edirəm”.

K.Kərimova bu barışığın olacağına heç vaxt inanmadığını bildirib:

“Çox kövrək adamam. İçimdə kin yoxdur. Qəlbə dəymək çox pisdir. Kimsənin qəlbinə dəymək məndə yoxdur, harda səhv etdim özüm də bilmirəm. O sualın cavabını indiyənə kimi tapa bilmirəm: “Niyə belə oldu?”. Həmişə düşünürdüm ki, bu barışıq necə ola bilər?”.

Qeyd edək ki, Xatun K.Kərimovanın etiraz etməsinə baxmayaraq dəfələrdə qonaq olduğu verilişlərdə onu parodiya edib.

“A24.az” verilişdən olan videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=vkLFSqIHySQ

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar