Xəstəxanadan ana ölümü ilə bağlı açıqlama: "Bu normaldır, həkimin əlində xəstə ölər də"

Xəstəxanadan ana ölümü ilə bağlı açıqlama: “Bu normaldır, həkimin əlində xəstə ölər də”
Want create site? Find Free WordPress Themes and plugins.
 Bu gün Qara Qarayevdə yerləşən 7 saylı doğum evində ana ölümü qeydə alınıb.
A24.Az xəbər verir ki, Turanə Məmmədova adlı vətəndaş Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib. Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun oğlan övladı isə dünyaya gəlib.
Mərhumun həkiminin kimliyi də məlum olub. Turanə Məmmədovanın yaxınlarının AZXEBER.COM-a verdiyi məlumata görə, onun həkimi Səbinə Baharzalova olub. O hamiləlik dövründə mütəmadi olaraq bu həkimin yanına gedirmiş.
 7 saylı doğum evinin qəbul şöbəsindən məlumatı təsdiqləyiblər və deyiblər ki, burada qeyri-adi heç nə yoxdur : “Səbinə xanım 30 ilin həkimidir. Ölüm elə hadisədir ki, olanda olur. Səbinə xanım hazırda xəstəxanada yoxdur. Onun şəxsi işləri var, gedib işlərini həll etməyə. Artıq suala ehtiyac yoxdur”.
 
Həkimin fotosunu təqdim edirik:
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar