"Xətai" metrosu bağlandı

“Xətai” metrosu bağlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Metropoliteninin “Xətai” stansiyası bu gündən etibarən təmirə bağlanıb.

“A24.az” bildirir ki, bu barədə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiya gecə saat 24:00-da sonuncu sərnişinləri daşıyıb və bundan sonra təmirə dayanıb: “Bu gündən artıq stansiya sərnişinlərə xidmət göstərmir. Təmir müddəti 10 ay nəzərdə tutulub. Ola bilər ki, işlər sürətli gedərsə, vaxtından əvvəl istifadəyə verilə bilər. Amma bu işin gedişindən asılıdır. Çünki eskalatorların dəyişdirilməsi incə prosesdir”.

B.Məmmədov bildirib ki, stansiyanın təmir müddətində həmin ərazidə sərnişinlərə 2 marşrut üzrə avtobuslar xidmət göstərəcək.

Xatırladaq ki, təmir müddətində stansiyada istifadədə olan “LT-2” tipli 3 eskalator söküləcək və əvəzinə Almaniyanın “Thyssen Krupp Fahrtreppe” şirkətinin “Viktoriya Tube” tipli 4 eskalatoru quraşdırılacaq. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub.

Qurum rəsmisi əlavə edib ki, “Xətai” stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq:

“Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq. Həmin müddət ərzində, həmçinin “Xətai” stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq. Təmir müddətində “Xətai-Cəfər Cabbarlı” mənzilində sərnişin qatarları hərəkət etməsə də, “Cəfər Cabbarlı” stansiyası fəaliyyətini davam etdirəcək və sərnişinlər buradan “28 May” stansiyasına keçid kimi istifadə edə biləcəklər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar