Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Xətai rayonunda baş verən yanğın söndürülüb – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Yanğın Vung Tao küçəsində yaşayış binalarının arasında yerləşən yarımstansiyada baş verib.

Hadisə ilə əlaqədar ətraf binalarda elektrik verilişində fasilə yaranıb. Təmir briqadaları işə cəlb olunub.

*** 22.33 Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 117 kv.m olan tikilinin dam örtüyü yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

*** 20.33

Bakının Xətai rayonunda, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

a24.az” bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xeyli canlı texnikası və qüvvəsi cəlb olunub.

Hazırda binaya elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar