ahutugba

Xəyanətə görə qəddarcasına qisas alan MƏŞHUR XANIMLAR

Xəyanət bir insanın uğraya biləcəyi ən qəddar əməllərdən biridir.

A24.az xəbər verir ki, məşhur xanımların intiqamları çox acı olub:

Aktrisa Ahu Tuğba qatıldığı proqramların birində verdiyi açıqlamalar ilə hər kəsi şok edib. 8 dəfə nigah masasına oturan Ahu heç bir həyat yoldaşını sevmədiyini açıqlayıb: ” Bütün keçmiş həyat yoldaşlarımla bizi tərk edən atamdan və ilk ərimdən intiqam almaq üçün evlənmişəm. Ruhları belə duymadan hamısından boşandım, əziyyət verdim onlara. Çünki ilk həyat yoldaşım və atam həyatımın qatili oldular. İlk evliliyimin ölənə kimi davam edəcəyini düşündüm. Hamilə qaldığım gün onu başqa biriylə tutdum. Ondan sonra da bir adam məni sevdiyini söyləyəndə həmin dəqiqə ondan qaçdım, boşandım. Əziyyət vermək istədim”.

Tuğba həyat yoldaşlarından asanlıqla necə boşandığından da danışıb: “Çünki evlənən zaman asan boşanmaq üçün şərt qoyuram. Boşanma qərarı aldığım zaman problemsiz, alimentsiz ayrılıram. Əksəriyyətini də iş səyahətində və xaricdə olarkən ruhları duymadan boşadım”.

 

Hadisə onu Hande Yenerlə aldadan keçmiş sevgilisi Sinan Akçıldan çox səs-küylü bir intiqam alıb. Öncə “Aşk Kaç Beden Giyer” albomunu Akçılın albomundan bir gün öncə çıxartmaq üçün təlimat verib, sonra da  “Süpermen” və “Burjua” mahnıları ilə Sinana sərt ismarıçlar göndərib. Bununla da kifayətlənməyib albom qapağındakı rəsmini Sinan Akçılın yaşadığı binanın qarşısındakı reklam lövhəsindən asdırıb.

 

Şou-biznesin ən rəngli müğənnilərindən Demet Akalın bir müddət birlikdə olduğu ilk əri Oğuz Kayhandan maraqlı yolla intiqam alıb. Boşanmasına rəğmən gah küsülü gah birlikdə olan cütlük xəyanətin ardınca yenidən barışıb: “Oğuz  ilə yaşadığımız şeyləri biz də dərk edə bilmirik. İndi hər şey əla gedir. Evinə dönüb, ancaq artıq bir qarderobu yoxdur. Məni aldatdığı üçün bütün geyimlərini və əşyalarına atdım. Üstünə dodaq, dırnaq boyası – nə varsa boşaltdım”. Məşhur müğənni hazırda Okan Kurtla evlidir.

 

 

Halle Berry əri Erik Benetin xəyanət əməlinin əvəzini qəddar şəkildə çıxıb. O, ərinin bütün əşylarını kimsəsizlərə paylayıb. Sonra da ondan boşanıb. “Bir daha evlənməyəcəyəm” deyərək də xoşbəxtliyə dair bütün ümidlərinin öldüyünü bildirib.

 

 

Bir zamanlar yaxın dost olan Zeynəb Tunuslu və Bennu Geredenin arası xəyanət səbəbindən dəyib. İkilinin dostluğu 2000-ci illərin əvvəlində evli olduğu fotoqraf Ahmet Ağaoğlu ilə Bennu Gerdenin yaxınlaşmasına görə dəyib. Tunuslu bu münasibəti eşitdikdən sonra şok yaşayıb və dostluğunu bitirib.  Daha sonra Ahmetlə Bennu evlənib, ancaq 2009-cu ildə boşanıblar.

 

Zeynəb Tunuslu isə intiqam almaq üçün illərlə  gözləyib. Bennu iş adamı Cem Böyükxanlı ilə evlənib, ancaq bir neçə ay sonra boşanıb. Bu zaman Zeynəb məkanların birində Böyükxanlı ilə öpüşərkən yaxalanıb. O, öpüşmə səhnəsi haqqında bunları deyib: “Bennu ilə keçmişdə rəfiqə idik, ancaq ərimlə görüşməyə başladıqdan sonra hər şey bitdi. O ciddiyə aldığım biri deyil, buna görə də keçmişdə kimlərlə nə etdiyi də önəmli deyil. Cemlə əylənirik və bir neçə dəfə görüşmüşük. Bəlkə də 3-4 dəfə yenidən görüşsək aramızda sevgi yaranar”.

 

 

Aktrisa Kameron Diaz da xəyanətlə üzləşib. O bir müddət basketbolçu Aleks Rodriqezlə birlikdə yaşayıb. Hətta aktrisa bütün gecə həyatından yığışaraq özünü idmana həsr edib. Aktrisa evlilik xəyalları qurarkən Rodriqezin xəyanət xəbəri ilə çökdü. Bunun əvəzində isə Diaz basketbolçunun yaxın dostu P. Diddy ilə yaxınlaşıb.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR