fira

Xəzər Tv-nin aparıcısı: “Köhnə kişimə yenidən aşiq olmuşam “

Xəzər Tv-də yayımlanan “Oyan Azərbaycan”ın aparıcısı Firuzə Cəlilova müsahibə verib.

A24.az big.az-a istinadən xəbər verir ki, aparıcı şəxsi həyatından və sevgilisindən danışıb.

Haqqında təzə xəbərlər yayılıb. Deyilənə görə yeni sevgili tapmısan, təzədən ərə gedirsən. Bildiyimə görə sən evlisən?

– Mən aşiq olmuşam yenidən …

Yenidən?

– Əlbətdə ki, köhnə. Köhnə kişimə yenidən aşiq olmuşam. Düşündü ki, 2 uşaqdan sonra yenidən ailə həyatında bir yenilik etmək lazımdır. Deyirlər ki, sevginin ömrü 3 ildir. Bizim sevgimizin ömrü 6 ili adlayıb gedir.

Amma çoxu deyir ki, Fira ərdə deyil?

-Ola bilər ki, efirdə çox şıltağam. Sosial şəbəkədə nə uşağımın nə də həyat yoldaşımın şəkilini paylaşmıram. Bununla bağlı suallar ortaya çıxır. Evliyəm və xoşbəxtəm.

  Bəziləri hətta deyir ki, Fira evli biri ilə eşq yaşayır.

– (gülür-red) O xəbərlər haradan çıxır? İlk dəfədir ki, eşidirəm. Hansı evli kişini mən ailəsindən ayırmışam axı ?!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR