Xəzərdə itkin düşən 10 neftçinin axtarışları başladı - FHN-dən AÇIQLAMA - YENİLƏNİB

Xəzərdə itkin düşən 10 neftçinin axtarışları başladı – FHN-dən AÇIQLAMA – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən a24.az-ya verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

**

10:33

15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. SOCAR-dan a24.az-a verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan – maşinist

2. Zülfüqarov Azay – operator

3. Qurbanov Vidadi – operator

4. Həsənov Elçin – mexanik

5. Hacıəliyev Həsənağa – operator

6. Qafarov İlham – operator

7. Əsədov Samir – operator

8. Bəhrəmov Cavid – operator

9. Abbasov Ramiz – maşinist

10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

***

10:23

Gecə saatlarında Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb. A24.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün facebook səhifəsində yazıb.

 

Budkada 10 nəfər işçi olub: “Aldığım ilkin məlumata görə, bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itgin düşüb. 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub, nəticədə 5 nəfər həlak olmuşdu”.

 

SOCAR-ın mətbuat xidmətindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar