Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq

Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Xəzər suitilərinin adının BMT-nin Vəhşi Heyvanların Miqrasiya edən Növlərinin Qorunması üzrə Konvensiyanın 1 saylı əlavəsinə daxil edilməsi ilə əlaqədar bu heyvanların ovuna qadağa qoyulacaq.

A24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Bu qadağanın bütün Xəzəryanı ölkələr üçün tətbiq ediləcəyini deyən M.Axundovun sözlərinə görə, Xəzər suitilərinin sayı çox təhlükəli həddə enib.

M.Axundov qeyd edib ki, müxtəlif mənbələrə əsasən, keçən əsrin əvvəlində Xəzər suitisinin miqdarı təxminən 1 milyon olub. Amma sonradan ingiltərəli alimlər tədqiqat apararkən bu rəqəmin 110 minə endiyi qənaətinə gəlib, Rusiyanın Xəzər Balıqçılıq Təsərrüfatı İnstitutu isə suitilərin sayının 380 min olduğunu açıqlayıb.

M.Axundov əlavə edib ki, Xəzər suitilərinin azalması səbəblərindən biri də onların qidalandığı kilkələrin sayının 2003-2004-cü illə müqayisədə 10 dəfə azalmasıdır.

Hazırda Xəzərdə suitilərin yalnız Rusiya tərəfindən ovlandığını deyən institut direktoru qeyd edib ki, Azərbaycan 1952-ci ildən başlayaraq, Xəzərdə suitilərin ovu ilə məşğul olmur.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar