XİN-dən Avroparlamentin üzvünün Qarabağa qanunsuz səfəri ilə bağlı - AÇIQLAMA

XİN-dən Avroparlamentin üzvünün Qarabağa qanunsuz səfəri ilə bağlı – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan XİN Ermənistan mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.

A24.Az-ın məlumatına görə, açıqlamada deyilir:

“Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar