XİN-dən Fransada olan Azərbaycan vətəndaşlarına çağırış

XİN-dən Fransada olan Azərbaycan vətəndaşlarına çağırış
Want create site? Find Free WordPress Themes and plugins.

Xarici İşlər Nazirliyi (XİN) Fransada olan Azərbaycan vətəndaşlarına müraciət edib.

“A24.az” xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Fransa baş verən silsilə terror aktları ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarına fövqəladə vəziyyət rejiminin bütün tələblərinə ciddi riayət etmələri israrla tövsiyə olunur.

O bildirib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransa XİN və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar