XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirib

XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirib
Want create site? Find Free WordPress Themes and plugins.

 “Bu, siyasi şoudur və Paşinyan rejimi bununla reytinqini yüksəltməyə çalışır”.

A24.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmət keçmək üçün göndərməsi məsələsini şərh edərkən bildirib.

“Ermənistan vətəndaşının Azərbaycan ərazisində xidmət keçməsi işğal deməkdir”, – XİN-in mətbuat xidmətinin rəhbəri deyib.

O bildirib ki, baş nazir Paşinyan vəzifəyə gələn andan Ermənistan iqtisadiyyatının inkişafı üçün heç bir addım atmayıb: “O, ancaq öz siyasi reytinqinin yüksəldilməsi üçün addımlar atır. Bu cür hərəkətlər konstruktiv xarakter daşımır və regionun sabitləşməsinə xidmət etmir.”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar