"Xocalı soyqırımı"nı anan tələbələr arasında dava düşdü: Yaralı və saxlanılanlar var - VİDEO

“Xocalı soyqırımı”nı anan tələbələr arasında dava düşdü: Yaralı və saxlanılanlar var – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Kocaeli Universitetində iki qrup tələbə arasında düşən davaya polis müdaxilə edib, 47 tələbə nəzarət altına alınıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup tələbə “Xocalı soyqırımı”nın 25-ci ildönümü günü öldürülən azərbaycanlıları anmaq istəyib. Buna qarşı çıxan digər qrup tələbələr isə aksiyaya mane olmağa çalışıb. Bu zaman tələbələr arasında dava düşüb. Tələbələrin qarşıdurması zamanı ağızlar susub, daş və dəyənəklər havada uçuşmağa başlayıb.

Tələbələr arasında yaşanan qarşıdurmaya isə polisin müdaxiləsi gecikməyib. Universitetə çoxlu sayda polis qüvvələri çağırılıb. İlk müdaxilədən sonra tələbələrdən ibarət qrupu ayırmaq mümkün olub. Lakin bir müddətdən sonra onlar yenidən qarşı-qarşıya gəliblər. Polis isə tələbələrin dağılması üçün xəbərdarlıq edib. Xəbərdarlıqlara baxmayaraq, dağılmayan tələbələrdən 47 nəfər nəzarət altına alınıb.

Hadisə zamanı bir tələbə və bir təhlükəsizlik xidmətinin işçisi yaralanıb. Hər iki yaralı müalicə olunmaları üçün Kocaeli Tibb Fakultəsinin xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

“A24.az” Türkiyə mediasından əldə etdiyi videogörüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar