Xocalıda, Suriyada susan dünya Alıxanlıya görə bizə cavab verəcəkmi?

Xocalıda, Suriyada susan dünya Alıxanlıya görə bizə cavab verəcəkmi?
Want create site? Find Free WordPress Themes and plugins.

2 gündür ki, bütün Azərbaycan Zəhranın ölümünə ağlayır. Onun qana bulaşmış siması çətin ki, gözlərimizin önündən gedə, yaddaşımızdan silinə…

Ömrünün 18-ci ayında erməni vandalizminin qurbanı olan Zəhra ölümü ilə təkcə ata-anasını, doğmalarını deyil, bütün Azərbaycanı yasa boğdu. Bu gün hər kəs onun atası, anası, doğmasıdır. Bu acını hamımız birgə yaşayırıq.

Bəs görəsən, bizim bu faciədən ürəyimiz dağlanarkən beynəlxaq təşkilatların tükü tərpənəcəkmi? Özlərini keşikçisi kimi təqdim etdikləri qanun, ədalət yadlarına düşəcəkmi?

Xocalıda, Suriyada mübaribənin qurbanı olmuş günahsız körpələrin ölümünə laqeyd qalan bu təşkilatların Zəhranın faciəsinə verəcəkləri bir cavab olacaq?

Politoloq Arzu Nağıyev hesab edir ki, bu məsələyə hüquqi qiymətin verilməsi üçün davamlı şəkildə çalışmaq lazımdır. O, A24.Az-a açıqlamasında bildirib ki, hazırda aparılan təbliğat işləri davamlı olacağı təqdirdə öz bəhrəsini verəcək və beynəlxalq təşkilatlar bizimlə razılaşmaq məcburiyyətində qalacaq:

“Bu Ermənistanın birinci belə vəhşiliyi deyil. Son 20 ildə körpələrimizə qarşı erməni vəhşiliyinin dəfələrlə şahidi olmuşuq. Ümumiyyətlə, mülki vətəndaşlara qarşı bu təcavüzkarlıq hərtərəfli pislənməlidir. Bunun üçün biz əlimizdən gələni etməliyik. 2 yaşlı Zəhranın faciəsini bütün dünyaya çatdırmaqda bütün gücümüzlə çalışmalıyıq. Beynəlxalq qurumları məcbur etməliyik ki, bununla bağlı qəti addımlar atsınlar. Çünki onlar illərdir ki, ikili standartlarla prosesi uzadırlar. Elə Zəhranın ölümündə ATƏT-in Minsk qrupunu təmsil edən dövlətlər də məsuliyyət daşıyır.

İndi sosial şəbəkələrdə təbliğat aparılır. Hər kəs balaca Zəhranın şəkillərini paylaşır. Onun erməni vəhşiliyinin qurbanı olması dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu proses davamlı şəkildə olmalıdır. Mövsümü xarakter daşımamalıdır. Yəni, 2-3 gün bu təbliğatı aparıb, sonra unutmaq olmaz. Bu işdə birlik nümayiş etdirməliyik. Tələbəsindən tutmuş millət vəkilinə kimi hər kəs üzərinə düşəni etməlidir. Azərbaycan KİV-i yüksək səviyyədə çalışmalıdır. Xaricdə yaşayan soydaşlarımız, bütün dünyada bizi təmsil edən diasporalarımız belə faciələri daim diqqətdə saxlamalıdır. Belə olan halda beynəlxalq təşkiltalara çıxış yolu qalmaz. Onlar bizim istəyimizi yerinə yetirməyə, baş verənlərə obyektiv qiymət verməyə məcbur olarlar”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Xəyalə Bünyatova // A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar