Xoşbəxt olmaq istəyirsinizsə, bunlardan yeyin - FOTOLAR

Xoşbəxt olmaq istəyirsinizsə, bunlardan yeyin – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Xoşbəxtliyin birbaşa yeməklə əlaqəsinin olduğunu hamımız bilirik.  Sevdiyimiz insanlarla axşam yeməyi yemək  gözəl  vaxt keçirmək üçün yetərlidir. Bunu alimlər də sübut edib. Bəs hansı qidaları yemək insanı xoşbəxt edir?

A24.Az təqdim edir:

 Banan

Bananın tərkibində xoşbəxtlik hormonu-serotoninə birbaşa təsir edən kalium və vitamin B var. Bundan başqa banan yüksək təzyiqi endirir və ürək damar sisteminin sağlamlığına müsbət təsir göstərir. Gün ərzində orta ölçüdə banan və 1 stəkan süd ilə qan şəkərini tarazlaşdıraraq  vaxtınızı xoşbəxt keçirə bilərsiniz.

 Süd və süd məhsulları

Süd və süd məhsulları da insanın özünü daha yaxşı hiss etməsini təmin edir. Zülal və kalsium mənbəyi olan süd və süd məhsulları sayəsində xüsusilə bel ətrafındakı piylənmə problemini aradan qaldırmaq mümkündür. Ara paylarda bir kasa qatıq və təzə meyvə yeyərək günə daha gümrah başlayın.

 Balıq

Balıq məhsullarının tərkibində yüksək omeqa 3 ehtiyatı var. Omeqa 3 serotoninin səviyyəsini artırır və insan özünü daha xoşbəxt hiss edir.

  Çiyələk

C vitamini və müxtəlif minerallar baxımından da zəngin olan çiyələk serotononin hormonunun artmasına kömək edir. Çiyələk antioksidant kimi immunitet sistemini də gücləndirir.

Tünd  şokolad

Beyində serotonin və endorfinin  miqdarını artıran tünd şokolad kalsium, maqnezium, mis və kalium mineralları ilə zəngindir. Ancaq qara şokoladın istehlak miqdarına diqqət etmək lazımdır.

Vüsalə, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar