Xoşqədəm və Doğuş türk kanalında qonaq oldu - VİDEO

Xoşqədəm və Doğuş türk kanalında qonaq oldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, türkiyəli müğənni Doğuş Kanal D-də yayımlanan “Renkli sayfalar” verilişində qonaq olub. 

“A24.az”ın məlumatına görə, aparıcı hamiləliyindən bəhs edib:

“Bir gün halım pisləşdi, xəstəxanaya apardılar. Bir gecə qaldım, qan analizi götürdülər. Səhəri evə gəldik, hazırlaşıb, başqa yerə getməliydik. Otaqda paltar geyinəndə, Doğuş ağlaya-ağlaya içəri girdi, məni stola oturtdu. Həmin an düşündüm ki, analizlərin cavabı pis olub, mən xərçəngəm. Doğuş qayıtdı ki, bizim övladımız olacaq. Mən nəzərə inanıram, ona görə də gizlədirdim”.

Doğuş həyat yoldaşının hamiləlik xəbərini hamıdan gizlətməyə çalışdığını bildirib:

“Hamiləlik xəbərini ilk vaxtlarda heç kimə demirdik, gizlətməyə çalışırdıq. Çox həyəcanlı idik. Kiminsə eşitməsini istəmirdik”.

Efirə zəng edən türkiyəli müğənni Bülənt Ərsoy Doğuşdan və X.Hidayətqızından inciyidiyini dilə gətirib. O, “Gəlin xanım, sizdən küsmüşəm. Həyat yoldaşınız məni toya çağırmadı” deyə, əlavə edib.

X.Hidayətqızı onun könlünü almağa çalışıb:

“Eybi yox, uşaqlarımız dünyaya gələndə, sizi dəvət edəcəyik”.

X.Hidayətqızı televiziya sahəsindəki uğurlarına görə, türkiyəli aparıcıya minnətdar olduğunu deyib:

“Televiziya sahəsindəki bütün uğurlarımı Mehmet Ali Biranda borcluyam. Hər dəfə efirdən sonra ona yığıb, fikrini soruşurdum. Bunu ilk dəfə deyirəm”.

https://youtu.be/KA_QHiu2DE8

https://youtu.be/vLMMT9crKXo

https://youtu.be/_b0xRdlcWtU

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar