Xoşqədəmin efirində başqasının nişanlısıyla evlənən gəncdən şok sözlər: Qaynatam deyir, uşaq səndən deyil - VİDEO

Xoşqədəmin efirində başqasının nişanlısıyla evlənən gəncdən şok sözlər: Qaynatam deyir, uşaq səndən deyil – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Dayısı tərəfindən ermənilərə satılan gənc bu dəfə canlı efirə oğlu üçün çıxdı.

A24.Az xəbər verir ki, “Səni Axtarıram” verilişinə gənc oğlan müraciət edib. O, vaxtilə dayısı tərəfindən ermənilərə satılaraq ailəsindən uzaq düşüb. Bir neçə il öncə ailəsinə qovuşan gənc oğlan, bu dəfə oğlu üçün bu verilişə müraciət edib. O bildirib ki, 2015-ci ildə ailə həyatı qurub. “Həyat yoldaşım məndən öncə başqa oğlanla nişanlı olub.

Lakin toyuna 4 gün qalmış nişanını qaytarıb. Buna baxmayaraq,  onu qəbul  etdim və evləndim. Hər şey yaxşı idi. Amma həyat yoldaşımın atası bizə tez-tez gələrdi və hər dəfə bir problem çıxardırdı. Övladımız var. Amma qaynatam deyir ki, uşaq məndən deyil”, – deyə bu illər ərzində başına gələnləri danışıb.

Hüquqşünas Şəfiqə Nağıyeva isə “Qıza yazığı gəlib evlənib. Elə şey olar? Kim yazığı gəldiyi adama deyər ki, gəl evlənək?! O, yaxşı qız deyilmiş ki, nişanı qayıdıb”, – deyərək oğlana etiraz edib.

Minirə Qubatova // A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar