A24 Xeber

Tibb elmləri namizədi Rəşid Mahmudov vaxtilə ekspert kimi çıxış etdiyi “Səni axtarıram” verilişi ətrafında yaranan qalmaqala münasibət bildirib. Rəşid Mahmudov A24.Az-a açıqlamasında verilişdə insan talelərinin səhnələşdirilməsindən xəbərdar olduğunu deyib. Tibb elmləri namizədi bildirib ki, Xoşqədəm Hidayətqızını ondan çox tənqid edən yoxdur : "Çox qoçaq qadındır, ancaq verilişi düz aparmırdı. Həmişə ona deyirdim, tənqid edirdim. Tək mən onu tənqid edirdim, onu da efirə vermirdi. Mən də acıq edib verilişə getmirəm. Hər gün mənə zəng vurub verilişə dəvət edir. Burdan Rusiyaya gedənlərin çoxu 1991-ci ildə müharibədən qaçan fərarilərdir. Tapıb gətirdiyi hamısı bomjlardır, məgər burda beləsi yoxdur?! Vətənini pis günündə atıb gedən anasını sevə bilərmi?!" A24.Az videoçəkilişi sizə təqdim edir: Jurnalist: Brilyant Rəsulova Operator: Fərid Orucov

Xoşqədəmin iç üzü açıldı: Rusiyadan bomjları, fərariləri gətirib… – VİDEO

12. 734