Xriştiano Ronaldonun cəzası bəlli oldu

Xriştiano Ronaldonun cəzası bəlli oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Kordoba matçında qırmızı kart alan Xriştiano Ronaldoya iki oyun cəza verildi.

İspaniya Futbol Federasiyası, Kordoba matçında qırmızı kart alan Real Madridin ulduz futbolçusu Xriştiano Ronaldonun cəzasını açıqladı. Xriştiano Ronaldonun məsələsini bu gün müzakirə edən İspaniya Futbol Federasiyası İntizam Heyəti, məşhur futbolçuya 2 oyunda iştirak etməmək cəzasını verdi.

Qızıl Top mükafatını bu il 3-cü dəfə qazanan Portuqaliyalı ulduz, komandasına Sevilla və Sociedad qarşılaşmalarında kənardan baxmalı olacaq. Ronaldo, Atletico Madrid ilə 7 fevralda keçiriləcək derbi oyununda iştirak edəcək.

Futbol həvəskarları, sosial mediadakı şərhləri ilə Portuqaliyalı ulduza verilən cəzanın çox az olduğunu bildirdilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar